Tibb vasitələrinin və dərman preparatlarının

KATALOQU.

A B C Ç D E Ə F G Ğ H X İ I J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z 

"AZ-TIBB" SAYT SATILIR! 1500 AZN. Əlaqə üçün: egasanli@gmail.com

BAKLOSAN (tabletlər)

Category: B
Print

BAKLOSAN (tabletlər)
Beynəlxalq patentləşdirilməmiş adı: Baklofen

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddə: 10 və 25 mq baklofen;
Köməkçi maddələr: laktoza, kartof nişastası, telatin, talk, maqnezium stearat, etil – lilüloza.

 

Təsviri: ikitərəfi qabarıq, yumru, ağ tabletlər, 10 mq tabletlərdə bölmə xətti vardır. 25 mq tabletlərdə  bölmə xətti yoxdur.

 

Farmokoterapevtik qrupu:  Mərkəzi təsirli miorelaksant.

ATC kodu: MO3B XO1.

 

Farmokoloji xüsusiyyətləri:
Mərkəzi təsirli miorelasant, qammanın yağ turşusu törəməsi (QAYTb-stimulyator). Afforent hissi liflərin uclarının oyanıqlığını azaldaraq və ara neyronları dəf edərək, sinir impulslarının mono- və polisinantil ötürücülüyünü tormzlayır, əzələ liflərinin ilkin gərginliyini azaldır.
Sinir-əzələ ötürücülüyünə təsir etmir. Ağrılı spazmaları və klonik qıcolmaları zəiflədir, oynaqların hərəkət həcmini artırır, passiv və aktiv linuoteramiyanın (fiziki məşqlər, masaj, monual terapiya) aparılmasını yüngülləşdirir.
Farmakogenetikası Absorbsiya – yüksəkdir. Plazmada maksimal konsentrasiya preparatın qəbulundan 2-3 saat sonra qeydə alınır. Zülallarla əlaqə – 30%. Plasentar baryeri keçir, ana südü ilə ifraz olunur. Metabolizm qaraciyərdə baş verir. Böyrəklərlə ifraz olunur (dəyişilməmiş halda).

 

İstifadəsinə göstərişlər:
Seyrəkləşmiş skleroz zamanı əzələ tonusunun artırılması, onurğa beynin infeksion, generativ və travmatik genezli xəstəlikləri (şişlər, hərəki neyronların xəstəlikləri, travmalar), insult, uşaq serebral iflici, meningit, kəllə-beyin travmaları, alöqolizm (affektiv pozğunluqlar).

 

Əks göstərişlər:
Hinerhəssaslıq, epilepsiya, qıcolmalar (anamnudə), psixozlar, Parkinson xəstəliyi, xroniki böyrək çatızmazlığı, hamiləlik və laktasiya dövrü.
Serebrovaskulyar çatızmazlıq, baş-beyin damarlarının aterosklerozu, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, yaşlılarda və 12 yaşadək uşaqlarda ehtiyatla tətbiq olunmalıdır.

 

Xüsusi göstərişlər:
Qaraciyər patologiyası və şəkərli diabeti olan xəsətələrdə müntəzəm olaraq «qaraciyər» transaminazaları, sələvi fosfataya, qanda qlükozanın aktivliyini yoxlamaq lazımdır. Müalicə vaxtı fəaliyyətin potensial təhlükəli növlərindən uzaq olmaq lazımdır, çünki bunlar yüksək diqqət və iti psixi və hərəki reaksiyalar tələb edir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Mərkəzi sinir sisteminə təsir edən preparatları gücləndirir. Hipotendiv  maddələr, etanolun təsirini gücləndirir. Trisiklik antidendissantlar əzələ tonusunun azalmasını gücləndirir, levadona və karbidona hallüsinasiyaların əmələgəlmə ehtimalını artırır. Xətsəliklər bütün qəbul etdikləri preparatlar haqqında həkimə məlumat verməlidirlər.

 

İstifadə qaydası və dozası:
Daxilə, yemək vaxtı qəbul edilir. Növbəti qəbulun ötürüldüyü halda preparatın ikiqat dozasının qəbulu məqsədəuyğun deyil.

Böyüklər: başlanğıc doza gündə 3 dəfə 5 mq (10 mq tabletin 1/2) hər 3 gündən bir preparatın dozasını terapevtik effekt alınana qədər artırırlar (adətən sutkada 30-75 mq-a qədər).
Baklofenin yüksək dozalarının qəbuluna ehtiyacı olan xəstələrə (75 mq-dan 10 mq-a qədər) preparat 25 mq tabletlər şəklində təyin olunur. 65 yaşından yuxarı xəstələrdə preparatın dozasını, əlavə təsirlər ehtimalının artması ilə əlaqədar, ehtiyatla artırmaq lazımdır. Maksimal sutkanlıq doza 100 mq təşkil edir.

Uşaqlar: başlanğıc doza sutkada 3 dəfə 5 mq-dır (10 mq tabletin ½ ). Ehtiyac olarsa dozanı hər 3 gündən bir ehtiyatla artırmaq olar. Adətən aşağıdakı dozalar məsləhət görülür: 1 yaşdan 2 yaşadək – sutkada 10 – 20 mq, 2 yaşdan 6 yaşadək – 20 –30 mq, 6 yaşdan 10 yaşadək sutkada 30-60 mq. 10 yaşdan yuxarı uşaqlarda maksimal doza 1,5 –2,0 mq/kq təşkil edir.

 

Əlavə təsirləri:
Ürəkbulanma, qusma, yuxusuzluq, başgicəllənmə, tez yorulma, ağızda quruluq, düşüncə qarışıqlığı, koordinasiya pozulması, sidiyin ləngiməsi, qəbzlik və ya ishal, arterial təzyiqin enməsi, apatiya, eyforiya, depressiya, paresteziyalara, mialgiya, əzələ zəifliyi, ataksiya, tremor, nistaqm, akkomadasiya iflici, halllüsinasiyalar, dizuriya, enurez, qıcolmalar, qıcolma həddinin enməsi. Uzunmüddətli qəbuldan sonra – böyrək funksiyasının pozulması.

 

Doza həddinin aşılması:
Simtomlar: əzələ hiptopiyası, tənəffüs məpkəzinin fəaliyyətinin tormozlanması, düşünmə qarışıqlılığı, koma (huşun qayıtmasından sonra əzələ hipotoniyası 72 saat  ərzində saxlanıla bilər).

Müalicə: çoxlu miqdarda maye qəbulu, diuretiklər, tənəffüs iflici zamanı ağ ciyərlərin süni ventilyasiyası. Spesifik antidotu yoxdur.

 

Buraxılış forması: İlkin açılma nəzarəti olmayan polietilin qapaqlı polipropilen qabda 50 tablet, içlik vərəqə  ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti:  B Siyahısı. 25◦ C-dən aşağı temperaturda, quru, qaranlıq, uşaqlardan əli çatmayan yerdə,  saxlanmalıdır.

Yararlılıq müddəti: 5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Həkim reseptilə buraxılır.

 

İstehsalçı: «Polforma» S.A.  formasevtik zavod. Pelplinska küç. № 19,  83–200 Staroqard Qdanski, Polşa.

 

Siz burdasınız:   HomeƏsas bölmələrTV-DP KataloquBBAKLOSAN (tabletlər)