Tibb vasitələrinin və dərman preparatlarının

KATALOQU.

A B C Ç D E Ə F G Ğ H X İ I J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z 

"AZ-TIBB" SAYT SATILIR! 1500 AZN. Əlaqə üçün: egasanli@gmail.com

KALSİPROM D (şərbət 200 ml - sirop)

Category: K
Print

KalsiProm D (şərbət 200 ml - sirop)
Qida əlavəsi

 

KalsiProm D sümük toxumasının fizioloji homeostazının saxlanması üçün lazım olan kalsium, maqnezium, sink və Vitamin D3 ehtiyatlarının təmin edilməsində əhəmiyyətlidir.
Bu şərbət forması həmçinin inkişaf və böyümə dövründə olan uşaqlar üçün də faydalıdır. KalsiProm D tərkibindəki D3 vitamini və maqneziuma görə kalsiumun maksimal dərəcədə absorbsiyasını təmin edən təcrübə və araşdırmalar nəticəsində əldə edilən preparatdır. Şərbətin dadlı tama malik olması onun qəbulunu asanlaşdırır.
KalsiProm D preparatın iki çay qaşığı miqdarı iki stəkan südün (500 ml) tərkibində olan kalsiumun miqdarmı təmin edir və tərkibində yağlar yoxdur.
KalsiProm D preparatı körpələr (6 aydan yuxarı) və uşaqların normal böyüməsi üçün, kişilər, 50 yaşdan yuxarı qadınlar, hamilə və südverən analar üçün də ideal vasitədir.
Menopauza zamanı və ondan sonra sümük quruluşunun normal saxlanması üçün preparatın istifadəsi vacibdir və tədqiqatlar zamanı menopauzadan öncə kalsiumdan istifadə edən qadınlarda sümük toxumasının sağlam homeostaza malik olması göstərilmişdir.

 

İnqrediyentlər:
Su, fruktoza, kalsium karbonat, maqnezium karbonat, dadverici, kalium sorbat, limon turşusu, sink oksid, vitamin D3 100 ssho.

 

Tərkibi:

İnqrediyentlər

Gündəlik doza (10 ml)

Kalsium karbonat

300

Maqnezium karbonat

166.66 mq

Sink oksid

5 mq

Vitamin D3 100 ssho

5 mkq

 

İstifadə qaydası:
Məsləhət görülən gündəlik doza: (1 çay qaşığı = 5 ml)

  • 6 ay - 2 yaş uşaqlara - 5 ml gündə 1 dəfə;
  • 3-12 yaş uşaqlara - 5 ml gündə 2 dəfə;
  • Böyüklərə - 10 ml gündə 2 dəfə;
  • Hamilə və ya südverən qadınlara - 10 ml gündə 2 dəfə.

KalsiProm D preparatını yemək arası istifadə etmək məsləhət görülür.

Təbii inqrediyentlərə görə tərkibində müşahidə edilən hər hansı dəyişiklik preparatın korlanmasının göstəricisi deyil. İstifadə etməzdən öncə çalxalayın!

 

Ehtiyatlılıq tədbirləri:
3 yaşa qədər uşaqların əli çatmayan yerdə saxlayın. Məsləhət görülən gündəlik dozahəddini aşmayın. Qida əlavəsi müxtəlif qidaların əvəzedicisi kimi istifadə edilməməlidir.

 

İstehsalçı: Prodotto da PromoPharma spa, ViaBiagio di Santoüno, 156 - 47892 Acquaviva - Republica di San Marino.

 

Siz burdasınız:   HomeƏsas bölmələrTV-DP KataloquKKALSİPROM D (şərbət 200 ml - sirop)